Regional Gender Mərkəzi İctimai Birliyinin sədri Şərqiyyə Dadaşova QHT.az-a açıqlamasında bildirib ki, insan alveri və müasir qul əməyinə qarşı mübarizədə gender bərabərliyinin təmin edilməsi və qadınların sosial-iqtisadi imkanlarının genişləndirilməsi həlledici rol oynayır.
Onun sözlərinə görə, qadınların təhsilə, əmək bazarına bərabər çıxışının təmin olunması, sahibkarlıq fəaliyyətlərinə dəstək və hüquqi maarifləndirmə proqramları istismar riskini əhəmiyyətli dərəcədə azaldır:
"Sosial müdafiə mexanizmlərinin gücləndirilməsi, məşğulluq imkanlarının artırılması və həssas qruplar üçün iqtisadi alternativlərin yaradılması isə insanların qeyri-rəsmi və təhlükəli iş mühitlərinə məcbur qalmasının qarşısını alan ən təsirli vasitələrdən hesab olunur. Mövcud beynəlxalq təcrübə göstərir ki, gender bərabərliyi ilə iqtisadi gücləndirmənin paralel şəkildə həyata keçirilməsi insan alveri və məcburi əməyin miqyasını əhəmiyyətli dərəcədə azaldır. Bu baxımdan, maarifləndirmə fəaliyyətləri, dövlət qurumları ilə QHT-lər arasında əməkdaşlıq, həmçinin ictimai nəzarətin gücləndirilməsi müasir qul əməyinə qarşı mübarizənin əsas istiqamətləri kimi qiymətləndirilir."
Pərvanə Fərhadqızı






