06.11.2026-cı il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, TƏBİB-in dəstəyi və Hemofiliya və digər Hemostaz Pozuntuları Assosiasiyasının təşkilatçılığı ilə Quba Rayon Mərkəzi Xəstəxanasında "Qanaxmalardan əziyyət çəkən qadın və qızların müalicəsində müasir yanaşmalar" mövzusunda seminar keçirilib.
Tədbirin açılışında çıxış edən Quba Rayon Mərkəzi Xəstəxanasının direktoru Azər Zeynalov seminarın mövzusunun çox vacib və əhəmiyyət kəsb etdiyini bildirib.
Daha sonra Hemofiliya və digər Hemostaz Pozuntuları Assosiasiyasının sədri Ayaz Hüseynov "Qanaxmalardan əziyyət çəkən qadın və qızların müalicəsinin təkmilləşdirilməsində dövlət səhiyyə qurumları ilə birgə Hemofiliya və digər Hemostaz Pozuntuları Assosiasiyasının rolu", TƏBİB-in tabeliyindəki tibb müəssisələrində hamiləlik, doğuş, zahılıq dövrlərində ana ölümü, erkən neonatal dövrdə körpə ölümüvə ağırlaşmış doğuş hallarının təhlili üzrə Komissiyanın sədri Təranə Rəcəbli "Müalicənin gedişatında itirilmiş fürsətlər", Sumqayıt Perinatal Mərkəzin yenidoğulmuşların intensiv terapiya şöbəsinin müdiri Yeganə Ağayeva "Yenidoğulmuşlarda qanaxmalar", mama-ginekoloq Fidan Cabbarlı isə "Zahılıq dövrü qanaxmaları — Ölümlə nəticələnməyən kritik hal nümunəsi", Respublika Klinik Xəstəxanasının hematologiya şöbəsinin həkim-hematoloqu Ələmdar Cəfərzadə "Von Villebrand xəstəliyinin müasir müalicəsi və profilaktikası" mövzularında çıxış etdikər.
Tədbir çərçivəsində həkimlər arasında təcrübə mübadiləsi aparıldı və beynəlxalq protokollara əsasən pasiyentlərin müalicəsində yeni yanaşmalar müzakirə olunub.
Bu kimi elmi-praktik tədbirlər tibb işçilərinin bilik və bacarıqlarının artırılması, tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi və ana-uşaq sağlamlığının qorunması baxımından mühüm əhəmiyyət daşıyır.










