“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” ictimai birliyi Cenevrə şəhərində keçirilən minalar əleyhinə konvensiyanın 22- ci konfransı və və ictimaiyyətə təqdim olunan “Landmine Monitor Report 2025” hesabatına həsr olunmuş mətbuat konfransı zamanı təşkilatın sədri Hafiz Səfixanov “Landmine Monitor 2025” beynəlxalq hesabatında yer alan təhlükəli tendensiyalara diqqət çəkib.

Onun sözlərinə görə, hesabata görə, hesabat dövründə minalar və müharibənin partlayıcı qalıqları nəticəsində 52 ölkədə (onlardan 36-sı Ottava Konvensiyasına üzv dövlətlərdir) 6,279 zərərçəkən qeydə alınıb:

"Onlardan 1,945 nəfər həlak olub, 4,325 nəfər yaralanıb, 9 nəfərin statusu məlum deyil. Bu rəqəm 2020-ci ildən sonra qeydə alınan ən yüksək göstəricidir və qlobal itkilərin ciddi şəkildə artdığını göstərir. Artım əsasən Ottava Konvensiyasına qoşulmayan ölkələrdə müşahidə olunub. Hesabat dövründə qlobal itkilərin 90%-ni mülki şəxslər (5,385 nəfər) təşkil edib,  mülki çəxslərin 46% (1,701 nəfər)  uşaqlardır. Kişilər və oğlanlar minalara və müharibənin partlayıcı qalıqlarına ən çox məruz qalanlardır, bu da ilk növbədə, iqtisadi zərurətdən irəli gələn dolanışıq fəaliyyəti səbəbindəndir".

QHT sədri həmçinin bildirib ki, hesabatda həmçinin vurğulanır ki, qurbanlara yardım üçün donorların ianələri minalarla mübarizə üzrə bütün maliyyə vəsaitlərinin cəmi 5%-ni təşkil edir, 2024-cü ildə demək olar ki, dörddə bir azalıb:

"Dövlətlərin və beynəlxalq ictimaiyyətin qurbanlar üçün davamlı xidmətlər yaratmaq cəhdlərinə baxmayaraq, bir çox minadan zərərçəkənlərin hələ də əsas tibbi yardım, reabilitasiya və psixososial dəstəyə çıxışı yoxdur. Qurbanlara yardım üçün maliyyənin azalması çox narahatedicidir və təcili olaraq artırılmalıdır".

 

 

Pərvanə Fərhadqızı