“Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimli 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə təbrik, üçrəngli Azərbaycan bayrağının milli kimliyimizin və dövlət müstəqilliyimizin rəmzi olması, tarixi torpaqlara bağlılıq və gələcək Zəfərlərə inam barədə fikirlərini açıqlayıb.
QHT.az həmin fikirləri təqdim edir:
"9 Noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə bütün dünya azərbaycanlılarını təbirk edir, daha böyük Zəfərlər arzu edirəm. Gün gələcək, müqəddəs üçrəngli Bayraqla Xudafərini adlayacağıq, necə ki, gün gəldi və artıq Şuşa, Xankəndində üçrəngli bayrağımız dalğalanır.
Necə ki, gün gəldi və Müzəffər Ali Baş Komandan İlham Əliyev "Şuşa sən azadsan" dedi, gün gələcək və digər tarixi şəhələrimizdə də bu müqəddəs Bayraq dalğalanacaq. Necə ki, gün keçdi, bu bayraq bir daha enmədi.
Allah Qurucu babalarmıza, böyük dövlət xadimlərimizə, Bayraq üçün bütün dünya ilə vuruşan ziyalılarımıza, aydınlarımıza Şəhidlərimizə rəhmət eləsin. Ruhları şad olsun! Allah qazilərimizə can sağlığı versin!
Üçrəngli bayrağın kölgəsində mən
Qaraca torpağı vətən görmüşəm.
Zəfər güllərini dövri-qədimdən
Bayraq işığında bitən görmüşəm.
Bayraq mənliyimdir, bayraq kimliyim,
Bayraq – öz yurduma öz hakimliyim.
Bəxtiyar Vahabzadə"










