“Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimli 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik, Azərbaycanın qazandığı tarixi qələbənin əhəmiyyəti, Prezident İlham Əliyevin sülh siyasəti və QHT-lərin Vətən müharibəsi dövründə göstərdiyi fəaliyyət barədə fikirlərini açıqlayıb.
QHT.az həmin fikirləri təqdim edir:
“Tariximizin ən şanlı səhifəsi olan 8 Noyabr – Zəfər Bayramınızı ürəkdən təbrik edirəm! Əsl qələbə sülhün qələbəsidir. Prezident İlham Əliyev məhz Sülhün qələbəsinə nail oldu.
Azərbaycanın, xalqımızın ən böyük uğuru məhz budur, bütün Cənubi Qafqaza sülh gətirdik. Bu qüruru bizə yaşadan Müzəffər Ali Baş Komandana və qəhrəman Ordumuza minnətdarıq. Şəhidlərimizin əziz xatirəsi qarşısında baş əyir, qazilərimizə şəfa diləyirik.
Altı il əvvəl çətin sınaq günlərində QHT fəalları, vətəndaş cəmiyyəti ön sırada dayandı, xeyriyyə aksiyalarından tutmuş informasiya cəbhəsində, milli həmrəyliyin gücləndirilməsində böyük töhfələr verdi. Allah Azərbaycannı qorusun!”.










