Oktyabrın 1-də Milli Məclisin deputatı Ceyhun Məmmədov “Doğru Yol” Milli-Mənəvi Dəyərlərin Təbliği İctimai Birliyinin qonağı olub.
QHT.az xəbər verir ki, səmimi mühitdə keçirilən görüşdə müəllimlər arasında təcrübə və fikir mübadiləsi aparılıb, yeni peşəkar əlaqələrin qurulması və əməkdaşlıq imkanlarının genişləndirilməsi məsələləri müzakirə olunub.
Qonağı salamlayan “Doğru Yol” Milli-Mənəvi Dəyərlərin Təbliği İctimai Birliyinin sədri Emin Xankişiyev təşkilatın fəaliyyəti, həyata keçirilən təşəbbüslər, eləcə də təşkilatın nəzdində fəaliyyət göstərən Milli Təhsil və İnkişaf Platformasının məqsəd və istiqamətləri barədə məlumat verib.
Görüşdə çıxış edən deputat Ceyhun Məmmədov təhsilin inkişafı, müəllimlərin cəmiyyətdəki rolu, milli-mənəvi dəyərlərin qorunması və gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsinin əhəmiyyətinə toxunub.
Görüş zamanı təhsil sahəsində mövcud çağırışlar, müəllimlərin peşəkar inkişafı və gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Sonda iştirakçıları maraqlandıran məsələlər müzakirə olunub və xatirə şəkilləri çəkdirilib.










