QHT-lərin sahələr üzrə ixtisaslaşmasına dair qanunvericilikdə müvafiq dəyişikliklərin aparılmasına ehtiyac vardır.

 

QHT.az  xəbər verir ki, bunu Gəncədə keçirilən Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumundakı çıxışında  Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev  deyib.

 

Sektor müdiri qeyd edib ki, hər bir QHT ixtisaslaşdığı sahə üzrə hədəf auditoriyası ilə işləmək üçün uğurlu sosial media fəaliyyəti göstərməli, bunu ən vacib ölçüləbilən nəticəsinə çevirməyi bacarmalıdır: “Bu gün qarşımızda duran əsas vəzifə QHT sektorunda kəmiyyət göstəricilərindən keyfiyyət göstəricilərinə, formal fəaliyyətdən real fəaliyyətə keçidi təmin etməkdir. QHT-lərin sahələr üzrə ixtisaslaşmasına dair qanunvericilikdə müvafiq dəyişikliklərin aparılmasına ehtiyac vardır”.