“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” ictimai birliyi Cenevrə şəhərində keçirilən minalar əleyhinə konvensiyanın 22-ci konfransı və və ictimaiyyətə təqdim olunan “Landmine Monitor Report 2025” hesabatına həsr olunmuş mətbuat konfransı keçirəcəkdır.

QHT.az xəbər verir ki, bu barədə “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov məlumat verib. Onun sözlərinə görə, mətbuat konfransında “Landmine Monitor Report 2025” hesabatı, ölkədəki kasetli silahlarla bağlı vəziyyət və mina qurbanlarının iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş yeni layihə barədə  məlumatlar KİV-ə təqdim olunacaq.

Mətbuat konfransı 02 dekabr 2025-ci il tarixdə saat 12.00-da Trend İnformasiya Ağentliyinin (Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14, Elmlər Akademiyası metrostansiyası, Moskva Dövlət Universitetinin Bakı filialının binasının yanında) konfrans zalında keciriləcəkdir.

Bütün KİV nümayəndələri dəvətlidir.