Prezident İlham Əliyevin 23–24 avqust 2026-cı il tarixlərində Özbəkistana həyata keçirdiyi dövlət səfəri və Ali Dövlətlərarası Şuranın III iclasının keçirilməsi iki ölkə arasında iqtisadi, humanitar və regional əməkdaşlığı keyfiyyətcə yeni mərhələyə qaldırdı.
Bu səfər strateji tərəfdaşlıqla yanaşı, Azərbaycan və Özbəkistan arasında davamlı turizmin inkişafı üçün də mühüm imkanlar yaradır.
Strateji İstiqamətlər və Təsir Mexanizmləri Səfərin gündəliyi davamlı turizmin bir sıra ana xətlərinə bilavasitə müsbət təsir göstərir. Azərbaycanın Şəki, Şuşa, Qarabağ və Naxçıvan kimi məkanlarının Özbəkistanın Səmərqənd, Buxara, Xivə və Daşkənd şəhərləri ilə vahid turizm marşrutunda birləşdirilməsi mümkündür.
Prezidentlərin Buxaradakı “Ark” qalası, “Poyi-Kalon” kompleksi və İsmayıl Samani türbəsini ziyarət etməsi bu əlaqələrin simvolik və praktik təməlini qoyur.
Azərbaycanın dağ-meşə landşaftı ilə Özbəkistanın təbii və aqroturizm potensialının sintezi yerli icmaların gəlirlərinin artırılmasına, biomüxtəlifliyin qorunmasına və yerli məhsulların turizmə inteqrasiyasına xidmət edəcəkdir.
Türk Dünyası Vahid Turizm Məkanı kimi ikitərəfli əməkdaşlıq Cənubi Qafqaz və Mərkəzi Asiyanı bağlayan körpü rolunu oynayaraq gələcəkdə Azərbaycan–Özbəkistan–Qazaxıstan–Qırğızıstan–Türkiyə xətti üzrə ortaq Türk dünyası turizm marşrutunun formalaşmasına zəmin yaradır.
Nəqliyyat, Tranzit və Biznes sahələrinin inkişaf etdirir, hava, dəmir yolu və multimodal nəqliyyat bağlantılarının genişlənməsi turist axınını rahatlaşdırır. Bu infrastruktur özəl sektor, hotelçilik, bələdçilik, sağlamlıq turizmi və təhsil sahəsində birgə layihələr üçün imkanlar açır.
Bu səfərin davamlı turizm baxımından ən böyük töhfəsi ikitərəfli "Azərbaycan və Özbəkistan" formatından daha əhatəli "Türk dünyası davamlı turizm məkanı" konsepsiyasına keçid təşkil etməsidir.
Bu modeli reallaşdırmaq üçün aşağıdakı konkret addımların atılması vacibdir:
"İpək Yolu – Müasir Turizm" layihəsi, ortaq ekoturizm və aqroturizm proqramları;
- Vahid rəqəmsal turizm platformasının yaradılması;
- "Yaşıl hotelçilik" və ekoloji standartların tətbiqi;
- Turizm sahibkarlarının, gənclərin və mütəxəssislərin iştirakı ilə təcrübə mübadiləsi, birgə sərgilər və forumlar.
- Səfər davamlı turizm sahəsində çalışan qeyri-hökumət təşkilatları (QHT) üçün də geniş imkanlar açır. Azərbaycan və Özbəkistan QHT-lərinin ekoturizm, biomüxtəlifliyin qorunması və yerli icmaların turizmə cəlb edilməsi üzrə ortaq proqramlar həyata keçirməsi ən perspektivli istiqamətlərdəndir.
- Dövlət başçılarının tarihi-mədəni irs məkanlarını birlikdə ziyarət etməsi göstərir ki, turizm iki ölkənin strateji tərəfdaşlığında mühüm "yumşaq güc" vasitəsidir. Bu səfərin davamlı turizmə verəcəyi praktiki nəticə isə onun əsasında reallaşdırılacaq konkret layihələrin keyfiyyətindən və ardıcıllığından asılı olacaqdır.
- Davamlı Turizmin İnkişafına Dəstək İctimai Birliyinin sədri Nərminə Qəribova






