Human Rights Watch İraqda saxlanılan və İŞİD-lə əlaqədə şübhəli bilinən minlərlə kişi və uşağın vəziyyəti ilə bağlı xəbərdarlıq edib.
QHT-nin oktyabrın 5-də yaydığı açıqlamaya görə, 2026-cı ilin əvvəlində Suriyanın şimal-şərqindən İraqa köçürülən təxminən 5 700 kişi və oğlan uşağı hüquq pozuntuları, qeyri-ədalətli məhkəmələr və pis rəftar riski ilə üzləşir.
Human Rights Watch-un məlumatına əsasən, saxlanılan şəxslərin bir hissəsi ağır xəstəliklərdən əziyyət çəkir. Təşkilat həmçinin bəzi məhbusların İraqa köçürüldükdən sonra işgəncəyə məruz qaldıqlarını bildirdiklərini qeyd edib. QHT bu iddiaları müstəqil şəkildə təsdiqləyə bilmədiyini də vurğulayıb.
Təşkilat bildirir ki, İraqda bu şəxslər barəsində terrorçuluq ittihamları ilə məhkəmə proseslərinin başlanması gözlənilir. Human Rights Watch ədalətli məhkəmə hüququnun təmin edilməsinə və saxlanılan şəxslərin beynəlxalq hüquq normalarına uyğun rəftar görməsinə çağırıb.
QHT həmçinin digər ölkələri İraqda saxlanılan öz vətəndaşlarının vəziyyətinə görə məsuliyyət daşımağa və onların hüquqlarının qorunması üçün tədbirlər görməyə çağırıb. (hrw.org)












