ABŞ Dövlət Departamenti sentyabrın 30-da maliyyə ilinin başa çatmasından əvvəl xarici yardım üçün nəzərdə tutulan milyardlarla dollar vəsaiti öhdəliyə götürüb.

QHT.az xarici mediaya istinadən bildirir ki, Dövlət Departamenti son bir həftə ərzində 4 milyard dollardan çox vəsaiti öhdəliyə götürüb. Həmçinin əvvəllər qlobal səhiyyə və inkişaf proqramları üçün nəzərdə tutulan 2,5 milyard dollar müddəti bitməyən başqa bir fonda köçürülüb.

Bu vəsaitin bir hissəsinin ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətinin yekunlaşdırılması ilə bağlı xərclərə yönəldiləcəyi gözlənilir.

Məqalədə həmçinin Fransanın inkişaf büdcəsini 43 faiz azaltmaq təklifi, MacArthur Fondunun fəaliyyəti və xeyriyyəçilik sahəsində vəsaitlərin niyə daha yavaş hərəkət etməsi məsələləri də diqqətə çatdırılır.