Məhz sevgidən güc alan insan ən yüksək məqama, şəhidlik zirvəsinə ucalır. Bu müqəddəs yüksəkliyə ucalan şəhidlərimizin ruhları rahatlıq tapır. Bu dəfə söhbət açacağımız şəxslər bizə möhtəşəm qələbə bəxş edən, döyüş meydanlarında tarix yazan Məmmədzadə İman və Bəhrəm qardaşlarıdır. Məmmədzadə İman və Bəhrəm qardaşlarının valideynləri ilə görüşdüm.

II Qarabağ savaşının əfsanəvi döyüşçüləri olan, bu, iki qardaş eyni anda, eyni məkanda şəhid olublar. Bu iki qardaşın valideynləri heç zaman təmkinini pozmayan atası Elman bəyə, mələksimalı, nur çöhrəli anası Hicran xanıma biz hər zaman borcluyuq. Çünki bu, insanlar iki cəngavər övlad böyüdüb, hər ikisini cəbhəyə göndəriblər. Böyük döyüş yolu keçərək hər ikisi şəhid olub. Məkanları cənnət olsun.

Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli