Bəzən insanın adı onun həyat yolunda öz mənasını tapır. Mehribanlıq – mərhəmət, qayğı, xeyirxahlıq, nəciblik və insan sevgisidir.
Bu gün Azərbaycanın Birinci vitse-prezidenti, ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür.
Bu əlamətdar gündə Sizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Uzun illərdir həyata keçirdiyiniz xeyirxah və nəcib əməllər, insanlara göstərdiyiniz diqqət və qayğı, mədəniyyətimizin, təhsilimizin, səhiyyəmizin və sosial dəyərlərimizin inkişafına verdiyiniz töhfələr böyük hörmət və ehtiram doğurur.
Siz nəcib əməllərinizlə, xeyirxahlığınızla və insanlara bəxş etdiyiniz ümidlə çoxları üçün nümunəsiniz.
Çünki insanın həqiqi böyüklüyü yalnız tutduğu mövqedə deyil, həm də qəlbinin böyüklüyündə və xeyirxah əməllərindədir.
Bu gün Azərbaycanla Özbəkistan arasında möhkəmlənən qardaşlıq və dostluq münasibətlərində də Sizin rolunuz xüsusi məna daşıyır. İki qardaş xalqın ortaq tarixi, mədəniyyəti və mənəvi bağlarının daha da möhkəmlənməsinə xidmət edən təşəbbüslər gələcəyə uzanan əbədi dostluq körpüsünü daha da möhkəmləndirir.
Bu gün münasibətilə Sizə möhkəm cansağlığı, uzun ömür, ailə xoşbəxtliyi və Azərbaycan naminə fəaliyyətinizdə yeni uğurlar arzulayıram. Diləyim budur ki, xeyirxahlıq və mərhəmətlə yoğrulan nəcib əməlləriniz bundan sonra da insanların qəlbində ümid işığı yandırsın və sevgi ilə yaşasın!
Doğum gününüz mübarək, Mehriban xanım!
Hörmət və ehtiramla,
AYB və AJB üzvü Gülqədəm Mirzəzadə






