Minalar Əleyhinə Azərbaycan Kampaniya ictimai birliyinin sədri Hafiz Səfixanov öz sosial media hesabında Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanovun "Sükut içində addımlar" filminin təqdimat mərasimində çıxışından paylaşım edib.

QHT.az həmin paylaşımı təqdim edir:

"Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov "Sükut içində addımlar" filminin təqdimat mərasimində çıxış edərkən bildirib ki, baş vermis mina partlayışlarının təxminən 60 %-i təmas xəttindən içəridə baş verib, bu da o deməkdir ki, azad olunan ərazilər nizamsız şəkildə minalanmışdır.

"Sözsüz ki, bu problemin ağır fəsadları var. 2020-ci ilin noyabrından bu günə qədər 444 nəfər mina qurbanı olub və təəssüflər olsun ki, onlardan 73 nəfəri həyatını itirib".

V. Süleymanov əlavə edib ki, işğaldan azad olunmuş ərazilərin 11 667 kvadrat kilometri şübhəli təhlükəli ərazilər kateqoriyasına aiddir".