Yumurtanı qaynatmaq sadə mətbəx işi kimi görünsə də, sarısının yumşaq və qızılı rəngdə qalması, qabığının isə asan soyulması üçün vaxt və temperatur düzgün tənzimlənməlidir.
QHT.az xarici mediaya istinadən bildirir ki, yumurtanın ağ və sarı hissələri fərqli temperaturlarda bişir. Yumurtanın ağı əsasən ovalbumin zülalından ibarətdir. Bu zülal 62°C temperaturda bərkiməyə başlayır, 80°C-də isə tamamilə sərtləşir.
Sarısı isə 65°C temperaturda qatılaşmağa başlayır, 70°C-də tam bərkiyir. Buna görə də yumurtanın istənilən konsistensiyada alınması üçün bişirilmə temperaturuna və müddətinə diqqət yetirmək vacibdir.










