Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın sədri professor Elşad Məmmədov Azərbaycanda deflimpiya hərəkatının inkişafını, eşitmə məhdudiyyətli idmançılar arasında cüdo üzrə Avropa çempionatının ölkəmizdə keçirilməsini şərh edib:

"Hesab edirəm ki, Azərbaycanda deflimpiya hərəkatinin sürətli inkişafı reallıqdır.
İdmançılarımızın əldə etdiyi uǧurlar bizi çox sevindirir.

Zənnimcə, Azərbaycan Deflimpiya Komitəsinin gördüyü işlər təqdirəlayiqdir.

Eyni zamanda, əminəm ki, belə mötəbər yarışın ölkəmizdə keçirilməsi Azərbaycanda bu istiqamətin uǧurlu inkişafına daha bir pozitiv impuls verəcək.

 

Düşünürəm ki, bu sahədə reallaşdırılan effektiv tədbirlər onu bildirməyə əsas verir ki, yaxın illərdə ölkəmizdə eşitmə məhdudiyyəti olan vətəndaşlarımızın idmana daha da aktiv cəlb olunmasının şahidi olacayıq. Təbii ki, bu çox müsbət hal kimi dəyərləndirilməlidir".