Bakı şəhəri Nizami rayonunda yaşıllıq sahələrinin zəbt edilərək tikinti işlərinin aparılması və ağacların məhv olmaq təhlükəsi ilə üzləşməsi ciddi narahatlıq doğurur. Xatırladaq ki birneçə il öncə “Mühit”Ekoloji MİB-yi tərəfindən Nizami rayonunda yaşıllıqların kütləvi qırılması faktı ilə bağlı ekoloji monitorinq keçirilib.
Monitorinq zamanı həmin ərazidə minlərlə ağacın kəsildiyi müəyyən edilib və nəticələri ölkə ictimaiyyətinə çatdırılıb.Bu fakt yaşıllıqların qorunması istiqamətində ictimai nəzarətin nə qədər vacib olduğunu bir daha göstərir. Ulu Öndər Heydər Əliyevin ağacların qorunması ilə bağlı qiymətli fikirləri hər birimiz üçün örnəkdir. Ona aid edilən ifadə təbiətə münasibətin nə qədər həssas və məsuliyyətli olduğunu göstərir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də yaşıllıqların qorunmasının və ağacların qanunsus kəsilməsinin qarşısının alınmasının vacibliyini dəfələrlə vurğulayıb və aidiyyatı qurumlara müvafiq tapşırıqlar verib. Bütün bunlara baxmayaraq Nizami rayonunda yaşıllıq sahələrinin zəbt edilməsi və ağacların məhv olmaq təhlükəsi ilə üzləşməsi faktı bu gündə vardır. “QLOBAL-99” MTK-nın Şirin Mirzəyev M Abbasov küçələrinin kəsişməsi, 2438-ci məhəllədə yaşıllıqların tən ortasında inşaat işlərinə başlaması təəccüb doğurur. Şirkətin fəaliyyəti ilə bağlı iddialar araşdırılmalı,inşaat işləri dərhal dayandırılmalıdır. Ərazidəki ağaclar qorunmalı və mümkün qanun pozuntularına hüquqi qiymət verilməlidir.Əks halda adı qırmızı kitaba düşmüş eldar şamı ağaclarının məhvi qaçılmazdır..
Xəbərdarlıq edirik:
Ekoloji qanunvericiliyin pozulması qanunla müəyyən edilmiş məsuliyyət yaradır. Yaşıllıqlar xalqın sərvəti, gələcək nəsillərin əmanətidir. Təbiətə qarşı laqeyidliyə və qanunsusluğa yol verilməməlidir!
“Mühit”Ekoloji MİB-nin sədri Əzizağa Hünbətəliyev












