ABŞ Dövlət Departamenti humanitar yardımların həyata keçirilməsində xristian qeyri-hökumət təşkilatları (QHT) ilə əməkdaşlığa daha çox diqqət yetirir.

QHT.az xarici mediaya istinadən bildirir ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) əvvəlki qayda və prosedurlarının böyük hissəsinin ləğv edilməsi, eləcə də işçi heyətinin əksəriyyətinin ixtisar olunması xarici yardım sistemində ciddi dəyişikliklər yaradıb. Yeni idarəetmə mexanizmləri isə hələ tam formalaşmayıb.

Yeni sistemdə milyardlarla dollar həcmində maliyyələşdirmə qərarlarının açıq rəqabət prosedurlarından kənar verilməsi və ayrılmış vəsaitlərin ləğvi müzakirələrə səbəb olur.

Bu şəraitdə Dövlət Departamentinin rəhbərliyi ilə əməkdaşlıq qura bilən və humanitar problemlərin həllinə töhfə verən təşkilatlar daha əlverişli imkanlar əldə edirlər. Xristian QHT-lərinin bu prosesdə artan rolu ABŞ-ın xarici yardım siyasətində yeni yanaşmanın formalaşdığını göstərir.