Qlobal Fond malyariya ilə mübarizəyə dəstək məqsədilə 2–3 milyard dollar həcmində vəsait cəlb etməyi nəzərdə tutan “Malaria Impact Accelerator” təşəbbüsünü müzakirə edir.

QHT.az xarici mediaya istinadən bildirir ki, təşəbbüsün ABŞ-nin xeyriyyə təşkilatı GiveWell ilə mümkün tərəfdaşlıq çərçivəsində həyata keçirilməsi planlaşdırılır. Bu addım qlobal səhiyyənin maliyyələşdirilməsinə yeni imkanlar yarada bilər. Bununla yanaşı, Qlobal Fondun bəzi idarə heyəti üzvləri təşəbbüslə bağlı narahatlıqlarını ifadə ediblər.

Məqalədə, həmçinin ABŞ Dövlət Departamentinin dini yönümlü təşkilatlara ayırdığı yeni maliyyə vəsaitləri və ABŞ maliyyəsindən imtina edən iki təşkilat haqqında məlumat verilir.