Vərəm əleyhinə QHT Koalisiyasının növbəti iclası keçirilib.

QHT.az xəbər verir ki, bu barədə məlumatı iclasda iştirak edən “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyinin sədri Səbinə Kərimova bildirib. Onun sözlərinə görə, toplantıda Koalisiya üzvləri təşkilatlarının 2025-ci il üzrə fəaliyyəti, həyata keçirilmiş layihələr və görülmüş işlər barədə geniş məlumat veriblər:

"2026-cı il üçün planlaşdırılan işlər, növbəti ÖƏK plenar iclasına hazırlıq prosesi və digər cari məsələlərlə bağlı da geniş müzakirələr aparıldı. İclas zamanı səsləndirilən bütün təklif və qeydlər Koalisiyanın gələcək fəaliyyətinin daha səmərəli təşkilinə kömək edəcək".