İqtisadçı-ekspert Aslan Əzimzadə QHT.az-a açıqlamasında müyəssərlik və inklüzivlik prinsiplərinin müasir dövlətlərin sosial siyasətində xüsusi yer tutduğunu bildirib.

Onun sözlərinə görə, həm təhsil, həm də məşğulluq sahəsində inklüzivlik artıq beynəlxalq öhdəlik kimi qəbul olunur və ölkələrin sosial-iqtisadi inkişaf strategiyalarının əsas istiqamətlərinə çevrilir:

"Məlumdur ki, əlilliyi olan şəxslərin məşğulluğu ilə bağlı dövlətin xüsusi qayğısı mövcuddur. Bu istiqamətdə müəssisəlilik prinsiplərinə riayət edilməsi hər bir şirkətin, firmanın və sahibkarlıq subyektinin əsas öhdəliklərindən biridir. Bununla yanaşı, təhsil sahəsində, istər yerli, istərsə də beynəlxalq akkreditasiyaların əldə edilməsi zamanı qarşıya qoyulan əsas tələblərdən biri inklüziv təhsil mühitinin formalaşdırılmasıdır və bu çərçivədə təhsil müəssisələrinin müəssisəlilik prinsiplərinə uyğun fəaliyyət göstərməsi xüsusi əhəmiyyət kəsb edir".

Ekspert həmçinin bildirib ki, bu istiqamətdə qeyd edilməlidir ki, inklüziv təhsil mühitinə edilən investisiyalar, təbii ki, öz növbəsində əlilliyi olan şəxslərin sosial rifahına müsbət təsir göstərir:

"Çünki bu şəxslərin inklüziv mühitdə təhsil alması gələcəkdə əmək bazarında məşğulluq imkanlarının artırılmasına şərait yaradır".

 

Pərvanə Fərhadqızı