3 Dekabr Beynəlxalq Əlillər Günü  ilə əlaqədar Siyəzən rayonunda Əlil uşaqlar üçün tədbir təşkil olünub.

QHT.az xəbər verir ki, tədbiri Siyəzən Gənclər Evi Sosial Xidmət  Müəssisəsi, Quba-Xaçmaz Regional Gənclər və İdman idarəsinin Siyəzən rayonu üzrə gənclər və idman sektoru və Sosial Dayaq İctimai Birliyinin birgə təşkilatçılığı baş tutub. Tədbirdə 18 yaşa qədər əlilliyi olan uşaqlar iştirak ediblər.

Uşaqların iştirakı ilə rəqslər, səhnəciklər, musiqilər səsləndirilib.