"Rəqəmsal dövr uşaqlara böyük imkanlar yaratmaqla yanaşı, onları yeni risklərlə də üzləşdirir və buna görə QHT-lərin, məktəblərin və valideynlərin maarifləndirici fəaliyyəti daha da gücləndirilməlidir. Bir çox valideynlərin övladlarının onlayn fəaliyyətinə lazımi nəzarət etməməsi uşaqların təhlükəli meyillərə yönəlməsinə səbəb ola bilər".
QHT.az xəbər verir ki, bu sözləri İstedadları Tanıyaq və Tanıdaq İctimai Birliyinin sədri Vüsalə Qələndərli (Sadıqova) bildirib. Onu sözlərinə görə, hələ də təhsil, sağlamlıq və təhlükəsiz internet hüquqları pozulan, erkən evliliyə cəlb edilən və nəzarətsiz qalan uşaqlar var:
"Bu səbəbdən valideynlərlə sistemli görüşlər, həmçinin uşaqlara və valideynlərə yönəlik birgə maarifləndirici kampaniyalar vacibdir. Texnologiya təhlükəsiz və məqsədyönlü istifadə olunduqda uşaqların potensialını üzə çıxaran mühüm vasitəyə çevrilir".
Pərvanə Fərhadqızı






