Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Zenfira Mustafayeva Uşaqların Cinsi İstismardan və Cinsi Zorakılıqdan Müdafiə Günü ilə bağlı açıqlama verib.
QHT sədri bildirib ki, 18 yaşa qədər uşaqların təhlükəsizliyi, sağlamlığı və psixoloji rifahı həm ailənin, həm də cəmiyyətin birgə məsuliyyətidir:
“Uşaqlara qarşı qəddarlıq, laqeydlik, sağlamlıq və inkişafına ziyan vuran əməllər, emosional zorakılıq, insan alveri, uşaq əməyinin istismarı, cinsi zorakılıq və bu kimi hallar onlarda çox ciddi travmalar yaradır, ömür boyu sağlamlıqlarında, həyat tərzlərində və cəmiyyətə inteqrasiyalarında çətinliklərlə üzləşmələrinə səbəb olur. Biz onları sağlam, xoşbəxt, savadlı, vicdanlı, əxlaqlı, milli dəyərlərə sahib və vətənimizin layiqli qurucuları olacaq şəxsiyyətlər kimi yetişdirməliyik. Ölkəmizdə uşaqların xoşbəxt və qayğısız böyüməsi üçün hər cür şərait yaradılmışdır. Biz də vətəndaş olaraq onları pisliklərdən qorumalı və hər cəhətdən onların yanında olmağı bacarmalıyıq.”
Pərvanə Fərhadqızı






