"Postmüharibə dövründə Dövlət Başçısının göstərişi ilə şəhid ailələri və müharibə iştirakçıları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən genişmiqyaslı sosial dəstək zərfi ilə əhatə olunublar".
QHT.az xəbər verir ki, bu barədə məlumatı iqtisadçı-analitik, professor Elşad Məmmədov bildirib. Onun sözlərinə görə, həmin zərf çərçivəsində reallaşdırılan çoxşaxəli, geniş əhatəli dəstək mexanizmləri sırasında, o cümlədən, aşaǧıda qeyd olunan tədbirlər də həyata keçirilmişdir:
• şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 11 min şəxsə 91 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilmişdir;
• müharibə ilə əlaqədar əlilliyi olan 2389 şəxs 84 min reabilitasiya vasitəsi, o cümlədən 496 şəxs 618 ədəd yüksək texnologiyalı müasir protezlə təmin olunmuşdur;
• şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 28,1 min şəxsin məşğulluğu təmin edilmişdir, o cümlədən 13,4 min şəxs özünüməşğulluq proqramına cəlb olunmuşdur.






