İqtisadçı-analitik, professor Elşad Məmmədov QHT.az-a açıqlamasında müharibədən sonra şəhid ailələri və müharibə iştirakçılarına təqdim edilən sosial proqramların miqyasının Azərbaycan dövlətinin sosial siyasətinin gücünü nümayiş etdirdiyini bildirib.
Professor qeyd edib ki, dövlət başçısının göstərişi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən formalaşdırılan geniş sosial dəstək paketi ümumilikdə 132 min şəxsə şamil olunub və bu kateqoriyaya 403 min xidmət göstərilib:
"Şəhid ailələri və müharibə veteranları olan 106 min nəfərə 120 min aylıq sosial ödəniş, 25 300 şəxsə isə birdəfəlik ödəniş təyin edilib. Eyni zamanda, sosial ödənişlərin həcmi orta hesabla iki dəfədən çox artırılıb. Mənzil və avtomobil təminatı proqramları da əhəmiyyətli dərəcədə genişləndirilib:
Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 6 900 mənzil və fərdi ev,
Həmçinin müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 567 avtomobil təqdim olunub".
Elşad Məmmədov bu rəqəmlərin ölkədə genişmiqyaslı sosial yönümlü dövlət siyasətinin aydın göstəricisi olduğunu vurğulayıb.
Pərvanə Fərhadqızı






