Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin QHT-lər üçün birgə keçirdiyi qrant müsabiqəsinin qalibləri elan olunub.
QHT.az xəbər verir ki, müsabiqə çərçivəsində ümumilikdə 17 qeyri-hökumət təşkilatının layihəsi qalib seçilib. Qalib layihələrə ayrılan maliyyə vəsaitinin ümumi məbləği 1 milyon 393 min manat təşkil edir.
Layihələr inyeksion narkotik istifadəçiləri və digər risk qrupları arasında İİV infeksiyasının və yoluxucu xəstəliklərin profilaktikası, maarifləndirmə, müayinə və səhiyyə xidmətlərinə çıxışın gücləndirilməsini əhatə edir.
Müsabiqənin nəticələrinə əsasən, birinci istiqamət üzrə 9 QHT-yə 790 min manat, ikinci istiqamət üzrə isə 8 QHT-yə 603 min manat qrant ayrılıb.
Qalib təşkilatların və layihələrin tam siyahısını təqdim edirik:
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin QHT-lər üçün birlikdə keçirdiyi qrant müsabiqəsi
QALİBLƏR
1. İnyeksion narkotik istifadəçiləri arasında İİV infeksiyasının profilaktikası işi və İİV, HCV, HBV və vərəm müayinələrinin təşkili istiqaməti üzrə
Bakı, Sumqayıt, Abşeron, Xızı regionları üzrə
1.1. Gənclərin Töhfəsi İctimai Birliyi
Layihə: “Sağlam Seçim – Etibarlı Dəstək”: Bakı, Sumqayıt, Abşeron və Xızıda İNİ-lər arasında İİV profilaktikası və müayinələr.
Məbləğ: 63 000 AZN
1.2. “Narkotiklər, Zərərli Asılılıqlar Əleyhinə Səfərbərlik Mərkəzi” İctimai Birliyi
Layihə: “Sağlam addım: riskdən qorunmağa doğru. İnyeksion narkotik vasitələrdən istifadə edən şəxslər arasında İİV, HCV, HBV və vərəmin profilaktikası”.
Məbləğ: 105 000 AZN
1.3. AİDS-lə Mübarizə İctimai Birliyi
Layihə: İnyeksion narkotik istifadəçiləri arasında İİV infeksiyasının profilaktikası işi və İİV, HCV, HBV və vərəm müayinələrinin təşkili.
Məbləğ: 227 000 AZN
Şirvan, Biləsuvar, Hacıqabul, Neftçala, Salyan regionları üzrə
2.1. Gənclərin Anti-Narkomaniya İctimai Birliyi
Layihə: “Sağlam Addım” – İnyeksion narkotik istifadəçiləri arasında İİV və digər yoluxucu xəstəliklərin profilaktikası, erkən müayinə və səhiyyə xidmətlərinə çıxışın gücləndirilməsi.
Məbləğ: 25 000 AZN
2.2. “Ahəng Psixoloji İnkişaf və Dəstək” İctimai Birliyi
Layihə: İNİ-lər arasında İİV profilaktikası və İİV, HCV, HBV, sifilis və vərəm üzrə skrininq/müayinə xidmətlərinin təşkili.
Məbləğ: 25 000 AZN
2.3. “Feniks” Sağlam Həyat Təbliği İctimai Birliyi
Layihə: Təhlükəsiz seçim, sağlam gələcək: Şirvan-Muğan zonasında İNİ-lər üçün İİV profilaktikası və zərərin azaldılması xidmətlərinin təşkili.
Məbləğ: 135 000 AZN
Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı, Yardımlı regionları üzrə
3.1. “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi
Layihə: Bil və qərar ver.
Məbləğ: 25 000 AZN
3.2. “Aran” Uşaqların Sağlam Gələcəyi İctimai Birliyi
Layihə: İnyeksion narkotik istifadəçiləri arasında İİV infeksiyasının profilaktikası işi və İİV, HCV, HBV və vərəm müayinələrinin təşkili.
Məbləğ: 150 000 AZN
3.3. “Qan Donorları Assosiasiyası” İctimai Birliyi
Layihə: “Etibarlı Diaqnostika, Sağlam Gələcək”: Cənub rayonlarında İNİ-lər arasında İİV profilaktikası və müayinəyə çıxış.
Məbləğ: 35 000 AZN
2. Qeyri-ənənəvi həyat tərzi keçirən qadınlar arasında İİV infeksiyasının profilaktikası işi və İİV, sifilis, HBV və vərəm müayinələrinin təşkili istiqaməti üzrə
Bakı, Sumqayıt, Abşeron, Şamaxı, İsmayıllı regionları üzrə
1.1. Hüquqi İnkişaf və Demokratik Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım İctimai Birliyi
Layihə: Qeyri-ənənəvi həyat tərzi keçirən qadınlar arasında İİV infeksiyasının profilaktikasının təşkili.
Məbləğ: 50 000 AZN
1.2. “Dayaq” Sosial Maarifləndirmə İctimai Birliyi
Layihə: “Dayaq və Güvən: qadınların İİV və digər infeksiyalardan qorunması, maarifləndirilməsi və sosial dəstəklənməsi”.
Məbləğ: 20 000 AZN
1.3. “Qeyd-Sosial Maarifləndirmə” İctimai Birliyi
Layihə: Sağlamlığa Açılan Qapı.
Məbləğ: 22 000 AZN
1.4. “Azərbaycan Respublikası Uşaq Hüquqlarının Müdafiəsi Liqası” İctimai Birliyi
Layihə: Qeyri-ənənəvi həyat tərzi keçirən qadınlar arasında İİV infeksiyasının profilaktikası işi və İİV, sifilis, HBV və vərəm müayinələrinin təşkili.
Məbləğ: 52 000 AZN
1.5. Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyi
Layihə: Qeyri-ənənəvi həyat tərzi keçirən qadınlar arasında İİV infeksiyasının profilaktikası işi və İİV, sifilis, HBV və vərəm müayinələrinin təşkili.
Məbləğ: 140 000 AZN
Beyləqan, İmişli, Saatlı, Sabirabad, Şirvan, Biləsuvar, Salyan, Cəlilabad, Lənkəran, Masallı və Yardımlı regionları üzrə
2.1. “Psixoloji İnkişaf və Maarifləndirməyə Dəstək” İctimai Birliyi
Layihə: SƏNƏ YAXIN – Qeyri-ənənəvi həyat tərzi keçirən qadınların psixoloji və psixososial dəstəklə profilaktik və tibbi xidmətlərə çıxışının gücləndirilməsi.
Məbləğ: 25 000 AZN
2.2. “İnkişaf 2006” Sosial Dəstək İctimai Birliyi
Layihə: “Təhlükəsiz həyat: risk qrupunda olan qadınlar arasında İİV və digər yoluxucu xəstəliklərin profilaktikası”.
Məbləğ: 94 000 AZN
Ölkə üzrə
3.1. “Gender və Tərəqqi” Maarifləndirmə İctimai Birliyi
Layihə: Qeyri-ənənəvi həyat tərzi keçirən və gender uyğunsuzluğu olan kişilər arasında profilaktika işi və İİV, sifilis, HBV və vərəm müayinəsinin təşkili.
Məbləğ: 200 000 AZN












