Dünya Bankının iqlim maliyyələşdirilməsi ilə bağlı əsas hədəfi ləğv etməsi iqlim dəyişikliyi ilə mübarizənin gələcəyi barədə narahatlıqları artırıb. Ekspertlər hesab edirlər ki, bu qərar iqlim sahəsində əldə olunmalı irəliləyişləri ləngidib.
QHT.az xarici mediaya istinadən bildirir ki, Dünya Bankı 2026-cı ilin iyun ayında iqlim dəyişikliyi ilə bağlı fəaliyyət planında nəzərdə tutulan 45 faizlik iqlim maliyyələşdirmə hədəfini ləğv edib. Bu qərardan sonra Banqkokda keçirilən görüşlər iqlim sahəsində gələcək addımlarla bağlı mütəxəssislərə ciddi ümid verməyib.
E3G təşkilatının baş siyasət məsləhətçisi Denni Skall bildirib ki, son bir il ərzində yeni maliyyə alətlərinin tətbiqi və iqlim layihələrinin maliyyələşdirilməsinin genişləndirilməsi əvəzinə, əvvəlki öhdəliklərin yenidən müzakirəsinə çox vaxt sərf olunub.
Ekspertlərin fikrincə, bu vəziyyət iqlim dəyişikliyi ilə mübarizədə mühüm imkanların itirilməsinə səbəb olub. İqlim layihələrinin maliyyələşdirilməsinin artırılması və beynəlxalq öhdəliklərin həyata keçirilməsi gələcək irəliləyiş üçün vacib hesab olunur.












