Romada Kolizeyin altındakı gizli “Commodus tuneli” ilk dəfə ictimaiyyətə açılacaq. “The Sun” yazır ki, Passaggio di Commodo adlanan bu keçid bərpa olunaraq turistlər üçün əlçatan olacaq.
QHT.az xəbər verir ki, tunelin Domitian və Trayan dövrlərində tikildiyi güman edilir, lakin adını qladiator döyüşlərinin həvəskarı imperator Kommoddan (180–192) alıb. Keçid Kolizeyin cənub hissəsindəki imperator məkanını amfiteatrın xarici hissəsi ilə birləşdirib. Arxeoloqlar bildirir ki, eramızın I–II əsrlərində inşa edilən Flavian Amfiteatrının tikintisi zamanı bu gizli tunel planlaşdırılıb və dəniz döyüşləri zamanı arenanı su ilə doldurmaq üçün də istifadə olunub.
Tunel 19-cu əsrdə aşkar edilib, 55 metr məsafədən sonra bitir və qalan hissəsi sonradan kanalizasiya tikintisi zamanı dağıdılıb. Onun dəqiq təyinatı hələ də müəmmalı qalır.
Kolizey eramızdan əvvəl 80-ci ildə tikilib və 2007-ci ildə Dünyanın Yeni Yeddi Möcüzəsindən biri elan edilib.
R.İmanov






