Hindistanın baş naziri Narendra Modi oktyabrın 8-də Navi Mumbai Beynəlxalq Hava Limanının birinci mərhələsinin açılışını edib. Bu, ölkənin ilk tam rəqəmsal hava limanıdır və əməliyyatlara 2025-ci ilin dekabrında başlanacaq.
QHT.az xəbər verir ki, tikinti dəyəri təxminən 2,35 milyard ABŞ dolları olub. Yeni hava limanı Mumbayını iki beynəlxalq hava limanına malik azsaylı şəhərlərdən birinə çevirəcək. Sərnişinlər onlayn qeydiyyat, rəqəmsal immiqrasiya və əvvəlcədən parkinq bronu kimi xidmətlərdən istifadə edərək daha “stresssiz” səyahət edə biləcəklər.
Dizaynında lotus çiçəyi motivləri və müasir memarlıq birləşdirilərək Hindistanın mədəni kimliyi vurğulanıb.
R.İmanov






