Bakı İdman Sarayında eşitmə məhdudiyyətli idmançılar arasında ilk dəfə ölkəmizdə keçirilən cüdo üzrə Avropa çempionatı keçirildi. Açıllş mərasimi bizim təşkilat üçün də xüsusi əhəmiyyət və qürur doğuran tarixi hadisə ilə yadda qaldı.
Belə ki, mötəbər beynəlxalq tədbirin açılışında Azərbaycan Respublikasının Dövlət Himnin işarət dili ilə təqdimatı “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyinə havalə olundu.
Dövlət Himninin işarət dili ilə təqdimatının təşkilatımıza həvalə edilməsi bizim üçün böyük etimad və şərəfdir. Bu etimada görə Azərbaycan Deflimpiya Komitəsinin idarə heyyəti rəhbəri Anar Bayramova səmimi təşəkkürümüzü bildiririk.
Himnin təqdimatında təşkilatımızın üzvləri iştirak ediblər:
1. Aişə Nəsirli
2. Nigar Bağırova
3. Günel Səmədova
4. Sevinc Əliyeva
5. Fatimə Rzayeva
6. Xuraman Rzayeva
7. Xanməngül Qədirova
8. Əzim Əhmədov
9. Amin Novruzov
10. Yusif Əzimzadə
11. Nizaməddin Əzimzadə
12. Ramin Fətullayev
13. Ulduz Temirova
14. Əsra Zeynalova
Dirijor: Ayan İmanova
Təşkilatımızın rəhbəri Cəmilə Çingiz qızı bildirir ki, Dövlət Himnimizin belə mötəbər beynəlxalq tədbirdə işarət dili ilə təqdim olunması hər birimiz üçün sözlə ifadə olunmayacaq qədər qürurverici hissdir: “Bizim üçün ən böyük sevinc üzvlərimizin ölkəmizin adını daşıyan, Azərbaycanı beynəlxalq arenada təmsil edən belə möhtəşəm bir tədbirin açılışında iştirak etməsidir. Onların Dövlət Himnimizi işarət dili ilə təqdim etməsi təkcə bir ifa deyil, həm də bərabərliyin, əlçatanlığın, milli dəyərlərimizə bağlılığın və inklüziv cəmiyyətin gözəl təzahürüdür.
İnanıram ki, bu gün yaşadığımız sevinc üzvlərimiz üçün də ömür boyu unudulmayacaq bir xatirəyə çevriləcək. Bizə göstərilən etimadı yüksək qiymətləndirir, bu fürsətin yaradılmasına görə Azərbaycan Deflimpiya Komitəsinə bir daha təşəkkür edirik.
Arzumuz budur ki, Dövlət Himnimiz hər zaman belə qürurlu anlarda səslənsin, işarət dili ilə təqdim olunsun və heç kim bu sevincdən kənarda qalmasın!”
Bu gözəl təşəbbüsün reallaşmasında əməyi olan hər kəsə təşəkkür edir, Avropa çempionatının təşkilatçılarına uğurlar, idmançılarımıza parlaq qələbələr arzulayırıq!
Nəzərinizə çatdıraq ki, ölkəmizdə keçirilən Avropa çempionatına 12 ölkədən 100-dən çox eşitmə məhdudiyyətli idmançı və rəsmi şəxslər iştorak edib.
Biz birlikdə daha güclüyük!
Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım İctimai Birliyi kordinatoru Nərgiz Abdulova










