Çində dünyanın ən güclü tək bloklu dəniz külək turbininin — 26 meqavatlıq qurğunun sınaqlarına start verilib. CGTN-nin məlumatına görə, sınaqlar Şandun əyalətinin Donqinq şəhərində keçirilib.

QHT.az xəbər verir ki, Dongfang Electric Corporation tərəfindən istehsal olunan turbinin rotor diametri 310 metr, bıçaqların uzunluğu 153 metr, ümumi hündürlüyü isə 200 metrə yaxındır. Qurğu tamamilə Çində dizayn və istehsal edilib. Sınaqlar üçün prototip quruda quraşdırılıb. Şirkət nümayəndəsi Yanq Senlin bildirib ki, turbin ildə 100 milyon kilovat-saata qədər təmiz enerji istehsal edə bilər.

Sınaqların uğurlu nəticələrindən sonra 2026-cı ildə Quanqdonq və Fujian əyalətlərində oxşar turbinlərin tikintisinə başlanacaq.

 

R.İmanov