Vərəm Əleyhinə QHT Koalisiyasının üzvlərinin iştirakı ilə növbəti şəbəkə görüşü keçirilib.
Görüşdə Azərbaycanda vərəmlə mübarizə sahəsində qeyri-hökumət təşkilatlarının rolu, mövcud fəaliyyətlərin əlaqələndirilməsi, QHT-lər arasında əməkdaşlığın gücləndirilməsi və qarşıda duran vəzifələr müzakirə olunub.
Müzakirələr zamanı vərəmlə bağlı ictimai maarifləndirmə işlərinin genişləndirilməsi, xəstəlik haqqında düzgün məlumatların əhaliyə çatdırılması, erkən aşkarlanmanın təşviqi, vərəmdən əziyyət çəkən şəxslərə sosial və psixoloji dəstəyin əhəmiyyəti kimi məsələlərə toxunulub.
Eyni zamanda, elan olunan qrant müsabiqələri, bu müsabiqələrdə QHT-lərin iştirak imkanları, birgə layihə təşəbbüslərinin hazırlanması və Koalisiya üzvləri arasında layihə tərəfdaşlığının genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə vərəmlə mübarizə sahəsində QHT-lərin birgə fəaliyyətinin gücləndirilməsi, regionlarda maarifləndirmə tədbirlərinin təşkili və aidiyyəti dövlət qurumları ilə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.










