Gəncə Regional Qadın Mərkəzi İctimai Birliyinin İdarə Heyətinin üzvü Nigar Ramazanova ATƏT-in Varşava şəhərində İnsan Ölçüsü 2025 Konfransı çərçivəsində keçirilən müxtəlif sessiyalarda Azərbaycan təcrübəsini təqdim edib.

QHT.az xəbər verir ki, Nigar Ramazanova çıxışlarında demokratiya, seçkilər, məcburi köçkünlərin hüquqları, münaqişədən sonrakı bərpa prosesi və qadınların münaqişə dövrlərində üzləşdiyi çətinliklər kimi mövzulara toxunub.