QHT sədrinin əlamətdar günlərdə sosial vəziyyətləri ağır olan ailələrlə görüşü artıq ənənə halını almışdır. Bu dəfə Zəfər Bayramı münasibətilə “Məlahətli Ana Uşaqlara Yardım” İctimai Birliyinin sədri Natiq Əhmədov bir sıra həssas təbəqədən olan ailələri ziyarət edərək onların qayğı və müraciətləri ilə yaxından tanış olub. Səfər çərçivəsində sədr bir neçə şəhər və qəsəbədə həssas təbəqədən olan ailələrinin evlərini ziyarət edib, onların problemlərini dinləyib, arzu və istəklərini qeydə alıb.
İlk görüş Bakı şəhəri Suraxanı rayonunda yaşayan aztəminatlı və çoxuşaqlı ailələrlə baş tutub. O, görüş zamanı onların problemlərini dinləyib, onlara bayram sovqatı çatdırıb.
Daha sonra Bakı şəhərinin digər rayonlarında müharibə veteranları ilə görüşərək onları reabilitasiya olunmalarına dəstək və dərman preparatları ilə təmin edib.
Şəhid ailələri ilə görüşdə isə onlara mənəvi dəstək, təziq və şəkər aparatları təqdim edib.
Mingəçevir şəhəri, Ağsu və İsmayıllı rayonunda yaşayan əlil şəxslərin ailələri ilə görüşərək onlara müxtəlif avadanlıqlar çatdırmışdır.
Görüşlərin əsas məqsədi həssas təbəqədən olan ailələrinin sosial vəziyyəti ilə maraqlanmaq, onların mənəvi dəstəyə ehtiyaclarını yerindəcə qiymətləndirmək və Zəfər Bayramı günlərində dövlət, ictimaiyyət və vətəndaş cəmiyyəti arasında həmrəyliyi gücləndirmək olub.










