Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin 31-ci İqlim Dəyişikliyi Konfransında (COP31) ərzaq sistemləri və kənd təsərrüfatı ilə bağlı məsələlər geniş müzakirə olunur. Müzakirələrdə kənd təsərrüfatına ayrılan subsidiyaların yenidən nəzərdən keçirilməsi, su ehtiyatlarının idarə olunması, ərzaq təhlükəsizliyi və iqlim böhranından zərər çəkmiş əkin sahələrinin bərpası əsas mövzular sırasındadır.

QHT.az xarici mediaya istinadən bildirir ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktorunun köməkçisi Kaveh Zahedi konfransda ərzaq sistemləri ilə bağlı konkret maliyyə qərarının hələ gündəmdə olmadığını bildirib. Onun sözlərinə görə, əsas gözlənti bu sahəyə investisiya yatırmaq üçün mövcud imkanların daha yaxşı müəyyənləşdirilməsidir.

Konfrans çərçivəsində həmçinin El-Ninyo iqlim hadisəsinin dünya iqtisadiyyatına uzunmüddətli və trilyonlarla dollarla ölçülən təsirləri, eləcə də Avropa İttifaqının ərzaq siyasəti ilə bağlı tənqidlər diqqətə çatdırılır.