Filippin prezidenti Ferdinand Markos ölkənin cənubunda baş verən güclü zəlzələ ilə əlaqədar sakinlərin təxliyyəsini tapşırıb.
QHT xəbər verir ki, dövlət başçısı Milli Fəlakət Riskinin Azaldılması Şurasına, Mülki Müdafiə İdarəsinə, Silahlı Qüvvələrə və Sahil Mühafizəsinə sahilyanı ərazilərdə təxliyə aparmaq, fövqəladə rabitəni təmin etmək və yerli hakimiyyətlərlə əməkdaşlıq etmək göstərişi verib.
Axtarış-xilasetmə qrupları Davao şəhərinə yönləndirilib, Sosial Rifah Departamenti qurbanlar üçün yemək hazırlayıb, Səhiyyə Departamenti isə tibbi yardım üçün səfərbər olunub.
Vətəndaşlara sahilyanı ərazilərdən uzaq durmaq və fövqəladə hallar rəsmilərinin göstərişlərinə əməl etmək tövsiyə olunur.
R.İmanov






