ABŞ prezidenti Donald Tramp Çikaqo meri Brandon Consonu və İllinoys qubernatoru Cey Robert Pritzkəri qeyri-qanuni mühacirlərə qarşı əməliyyatlar zamanı ICE agentlərini qoruya bilmədiklərinə görə həbsə çağırıb.
QHT.az xəbər verir ki, Tramp qeyd edib: “Çikaqonun meri və qubernatoru ICE agentlərini qoruya bilmədikləri üçün həbsdə olmalıdırlar.”
O, federal agentlərin təhlükəsizliyini təmin etmək məqsədilə Çikaqoya 300 Milli Qvardiya əsgəri göndərilməsini əmr edib. Lakin İllinoys rəsmiləri bu qərarı məhkəməyə daşıyıblar. Tramp Çikaqoda yüksək cinayət göstəricilərinə görə şəhəri “cəhənnəm dəliyi” adlandırıb, Pritzker isə onu diktator kimi davranmaqda ittiham edib. FTB məlumatına görə, 2024-cü ildə Çikaqoda zorakılıq cinayətləri ötən illə müqayisədə 11% azalıb.
R.İmanov






