“Ümidli Gələcək” Gənclər İctimai Birliyinin sədri və Yuvenal Ədliyyə Mərkəzinin koordinatoru Kəmalə Aşumova QHT.az -a bildirib ki, “Ümidli Gələcək” Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən “Azərbaycan Uşaq Qaynar Xətt Xidməti”nin nümayəndəsi, uşaqların internetdə cinsi istismardan və zorakılıqdan qorunması istiqamətində fəaliyyət göstərən qlobal qaynar xətlər şəbəkəsi INHOPE tərəfindən təşkil olunan INHOPE Summit 2025 tədbirində iştirak edir.
Kəmalə Aşumovanın sözlərinə görə, tədbir zamanı innovativ texnologiyalar sahəsində multidissiplinar tədqiqatlar, uşaqların təsvirlərindən və seksual xarakterli materiallardan istifadə problemləri, istismar və zorakılıq halları kimi məsələlər müzakirə olunur:
"Tədbirin əsas məqsədi uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin edilməsində interaktiv və kompleks yanaşmanın vacibliyini vurğulamaq, eləcə də beynəlxalq təcrübə mübadiləsi yolu ilə bu sahədə əməkdaşlığın gücləndirilməsidir".
Pərvanə Fərhadqızı






