Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyində Sumqayıt Reabilitasiya Mərkəzinin psixoloqu Ləman Şərifli və əmək terapiyası üzrə mütəxəssis Kəmalə Muradovanın iştirakı ilə maarifləndirici görüş təşkil olunub.

Bu barədə məlumatı "Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək" İctimai Birliyinin sədri Səbinə Kərimova QHT.az-a bildirib. Onun sözlərinə görə, görüşün məqsədi əlilliyi olan şəxslərin psixoloji rifahını yaxşılaşdırmaq, onların sosial inteqrasiyasına dəstək vermək və cəmiyyətə daha fəal qoşulmalarına yardım etmək olub:

"Tədbirdə iştirakçılara stressin idarə olunması, özünəinamın artırılması və pozitiv düşüncə kimi mövzularda praktik məsləhətlər verilib. İştirakçılar görüşü yüksək dəyərləndirərək bu cür təşəbbüslərin davamlı olmasının vacibliyini vurğulayıblar".

 

Pərvanə Fərhadqızı