“Sosial İnkişaf” Beynəlxalq QHT Koalisiyasının İdarə Heyətinin üzvü Nədimə Rəhimli COP30 prosesləri çərçivəsində keçirilən iki yan tədbirdə spiker qismində çıxış edib.

QHT.az xəbər verir ki, Nədimə Rəhimli ilk olaraq Seyşel Adaları Respublikasının Kənd Təsərrüfatı, İqlim Dəyişikliyi və Ətraf Mühit Nazirliyi, Zero13 və Secdex Group tərəfindən təşkil olunan “Afrikanın yaşıl qızılı: Karbon bazarları, iqlim kapitalı və davamlılıq aktivləri” mövzusunda keçirilən sessiyada çıxış edib. Daha sonra o, Qlobal Cənub QHT Platformasının bir neçə beynəlxalq tərəfdaşla birgə təşkil etdiyi “Gənclər və Qadınlar üçün İqlim Dəyişikliyi, Süni İntellekt və Enerjidə AI-həlllərin gücləndirilməsi” panelində spiker kimi iştirak edib.

Tədbirin açılışında BMT-nin İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelinin sədr müavini Diana Urge-Vorsatz çıxış edib.

Nədimə Rəhimli hər iki tədbirdə Platformanın fəaliyyəti barədə geniş məlumat verib və müvafiq mövzular üzrə vətəndaş cəmiyyətinin rolunu vurğulayıb.

 

Pərvanə Fərhadqızı