Avrasiyada geosiyasi və iqtisadi balans dəyişdikcə regional əməkdaşlıq strukturları da yeni reallıqlara uyğunlaşır.

QHT.az xəbər verir ki, pakistanlı siyasi ekspert Qeyser Nəvvabın analitik şərhinə görə, ənənəvi C5+1 modeli artıq daha inteqrasiya olunmuş C6 formatına çevrilir və bu transformasiyanın mərkəzində Azərbaycan dayanır. Azərbaycanın Xəzər dənizi üzərində qərb qapısı kimi əvəzolunmaz mövqeyi, son illərdə həyata keçirdiyi geniş diplomatik fəaliyyət və infrastruktur layihələri ölkəni Avrasiyanın “vahid geo-iqtisadi bölgəsinin” əsas oyunçusuna çevirib. Prezident İlham Əliyevin Mərkəzi Asiya dövlət başçılarının Daşkənddə keçirilən 7-ci Məşvərət Görüşündə səsləndirdiyi fikirlər bu inteqrasiyanın rəsmi siyasi əsasını formalaşdırır:

"C6 əməkdaşlığının iqtisadi əsas dayağı olduğu vurğulanır. Son üç ildə Azərbaycan üzərindən yükdaşımaların 90% artması, 2030-cu ilədək dəhlizin tutumunun üçqat artırılması planı və Zəngəzur Dəhlizində işlərin tamamlanmaq üzrə olması regionun logistika xəritəsini yenidən formalaşdırır".

Qaiser Nawab qeyd edir ki, COP29-un Bakıda uğurla təşkili də Azərbaycanın çoxtərəfli diplomatiyadakı rolunun təsdiqi kimi çıxış edir və ölkənin Mərkəzi Asiya ilə birlikdə formalaşan yeni əməkdaşlıq arxitekturasında aparıcı mövqeyini gücləndirir.

 

Pərvanə Fərhadqızı