Kiyev Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenkonun sözlərinə görə, noyabrın 14-nə keçən gecə Rusiya qüvvələri paytaxta raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirib.

QHT.az xəbər verir ki, hücum nəticəsində bir neçə rayonda çoxmərtəbəli binalarda yanğınlar baş verib. Ukraynanın Fövqəladə Hallar Xidməti bildirib ki, 1 nəfər ölüb, 24 nəfər yaralanıb, 40 nəfər isə xilas edilib. Kiyev meri Vitali Kliçko yaralıların sayının 25 olduğunu açıqlayıb. Yaralılardan 9-u xəstəxanaya yerləşdirilib. Zərərçəkənlər arasında 10 yaşlı uşaq və hamilə qadın da var.

Yanğın və dağıntılar Desnyanski, Podolsk, Dniprovski, Solomenski, Svyatoşinski, Obolonski və Darnitski rayonlarında qeydə alınıb. Bir neçə məktəb və idman obyektinə də ziyan dəyib, xəstəxana ərazisinə dağıntılar düşüb.

 

R.İmanov