Noyabrın 23-də Cenevrədə keçirilən danışıqlardan sonra ABŞ və Ukrayna sülhə dair yenilənmiş çərçivə sənədi hazırlayıb.

QHT.az xəbər verir ki, tərəflər görüşü konstruktiv adlandıraraq, ədalətli və davamlı sülhə nail olmaq öhdəliyini təsdiqləyiblər. Bəyanatda Ukraynanın suverenliyinə tam hörmət göstərilməsinin gələcək saziş üçün əsas şərt olduğu vurğulanır. Ukrayna nümayəndə heyəti ABŞ-a və prezident Donald Trampa səylərinə görə təşəkkür bildirib.

Hər iki ölkə yaxın günlərdə birgə təkliflər üzərində işi davam etdirmək barədə razılığa gəlib.

 

R.İmanov