Misirdə parlament seçkilərinin ikinci turu, təxminən 20 dairədə pozuntulara görə nəticələrin ləğv edilməsindən sonra bazar ertəsi keçirilib.

QHT.az xəbər verir ki, iki mərhələli seçki ölkənin ağır iqtisadi çətinliklərlə üzləşdiyi bir dövrə təsadüf edir. Birinci turda çoxsaylı pozuntular qeydə alındığından Prezident Əbdül-Fəttah əs-Sissi araşdırma aparılmasına göstəriş verib. Ümumilikdə 568 yer uğrunda 2500-dən çox namizəd mübarizə aparır və ikinci mərhələdə 34 milyondan çox seçici səsvermə hüququna malikdir.

Yeni parlamentin yanvarda fəaliyyətə başlaması gözlənilir.

 

İ.İmanov