ABŞ-ın Raytheon və İsrailin Rafael şirkətləri Dəmir Günbəz hava hücumundan müdafiə sistemi üçün tutucular istehsal edəcək yeni zavodu rəsmi olaraq istifadəyə verib.

QHT.az xəbər verir ki, zavodun tikintisinə 2023-cü ilin sonunda başlanılıb və tərəflər layihəyə 33 milyon dollar sərmayə yatırıb. İsrail ABŞ yardımı hesabına maliyyələşdirilən raketlər üçün 1,25 milyard dollarlıq sifariş verib. Bunun ardınca İsrail Müdafiə Nazirliyi Rafael ilə yeni Tamir zenit-raket komplekslərinin tədarükü üzrə “çox milyard dollarlıq” müqavilə imzalayıb. Müdafiə naziri İsrael Katz bu müqaviləni ölkənin hava müdafiəsini gücləndirəcək strateji addım kimi qiymətləndirib. Sistem ABŞ Konqresinin 2024-cü ildə qəbul etdiyi 8,7 milyard dollarlıq yardım paketinin bir hissəsi olaraq maliyyələşdirilir. Müqavilənin imzalanması Təl-Əvivdə ABŞ-ın müdafiə attaşesi Aaron Drake və İsrail rəsmilərinin iştirakı ilə baş tutub.

Bununla yanaşı, ABŞ ordusunun Anduril A-600 PUA-ları ilə ilk gecə təlimlərini keçirdiyi və bəzi F-16 təyyarələrini yaxın 5 ildə istismardan çıxarmağı planlaşdırdığı da bildirilib.

 

 

R.İmanov