Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli Ermənistanın işğal dövründə Azərbaycana vurduğu maddi və mənəvi ziyanın beynəlxalq məhkəmələr vasitəsilə ödənilməsinin vacibliyi haqda fikirlərini açıqlayıb.
QHT.az həmin fikirləri təqdim edir:
"Ermənistanla Azərbaycan arasında münaqişə başa çatsa da, 30 illik işğalın ağır nəticələri aradan qaldırılmayıb. Müsbət haldır ki, iki dövlət arasında münasibətlər tənzimlənir, sülh müqaviləsinin imzalanmasını gözləyirik.
Amma Ermənistanın işğal dövründə insan faktoruna, ətraf aləmə, maddi və mənəvi sərvətlərimizə vurduğu ziyan yaddaşdan çıxarılmayıb. Bu mövzu beynəlxalq məhkəmənin müzakirə predmetinə çevrilməlidir.
Dünyada münaqişələr dövründə dəymiş ziyanın ödənilməsi ilə bağlı kifayət qədər metodologiyalar var. Biz həmin təcrübələrdən yararlanmalıyıq. İşğal dövründə Azərbaycana vurulan ziyanın ödənilməsi həm hüquqi, həm də mənəvi baxımdan zəruridir.
Digər tərəfdən, dəymiş ziyanla bağlı beynəlxalq məhkəmələr Ermənistanda baş qaldıran revanşistlərə, münaqişəyə meyilli təbəqələrə davamlı təzyiq vasitəsinə çevrilməlidir".












