Rəqəmsallaşmanın tətbiqi tək qurumların imkanlarının genişləndirilməsi ilə məhdudlaşmamalı, eyni zamanda, cəmiyyətin, vətəndaşların rəqəmsal biliklərinin artırılmasını da əhatə etməlidir.
QHT.az azertag.az-a istinadən xəbər verir ki, bu sözləri Maliyyə Nazirliyi yanında İctimai Şuranın üzvü Əyyub Kərimli “Rəqəmsal maliyyə ekosistemi: İdarəetmədə yeni mərhələ” adlı konfransda deyib.
O qeyd edib ki, regionlarda yaşayan əhalinin rəqəmsal platformalardan istifadə imkanlarının genişləndirilməsi, texnoloji gərginliyin azaldılması qarşıda duran əsas məsələlərdəndir.
“Bu istiqamətdə əsas işlər aparılmalıdır ki, texnoloji geriləmə əhali arasında azalsın və bu da rəqəmsallaşmanın nəticəsini daha da gücləndirmiş olar”,- deyə o qeyd edib.
İctimai Şuranın üzvü büdcə proseslərində vətəndaşların iştirakının gücləndirilməsi üçün informasiya çıxışı və datalardan istifadə sahəsinin daha da genişləndirilməsinin vacibliyini də vurğulayıb.












