"Sosial İnkişaf” Beynəlxalq QHT Koalisiyasının İdarə Heyətinin üzvü Nədimə Rəhimli BMT-nin İqlim Dəyişmələri üzrə Konfransının (COP29) nəticələri ilə bağlı açıqlama verib.
QHT.az xəbər verir ki, o bildirib ki, bu gün COP29 prezidentliyi rəsmi olaraq COP30-a təhvil verilib və Azərbaycanın bu müddət ərzində iqlim diplomatiyasında mühüm rol oynadığını xüsusi vurğulayıb:
“COP29 dövründə Azərbaycan vətəndaş cəmiyyəti də iqlim gündəminin formalaşmasında iştirak etdi, dayanıqlı inkişaf, yaşıl enerji və ekoloji həmrəylik istiqamətində çoxsaylı təşəbbüslər irəli sürdü. Azərbaycan QHT-ləri iqlim məsələlərində fəal iştirakçı olaraq cəmiyyətin diqqətini ekoloji problemlərə yönəltdilər, yerli və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq etdilər".
Nədimə Rəhimli qeyd edib ki, bu dövr ərzində əldə olunan təcrübə regionda iqlim diplomatiyasının güclənməsi üçün möhkəm əsas yaradıb:
“COP29 bitsə də, yaşıl hərəkat davam edir. Biz inanırıq ki, qarşıdakı dövrdə də vətəndaş cəmiyyəti nümayəndələri yaşıl təşəbbüsləri davam etdirəcək, ölkəmizin ekoloji gələcəyinə töhfə verəcəklər.”
Pərvanə Fərhadqızı






