Aleksandr Vuçiç qeyd edib ki, Serbiya öz ölkəsini müdafiə etməyi bacarmalıdır.
QHT.az xəbər verir ki, Serbiya prezidenti Aleksandar Vuçiç Avropa ilə Rusiya arasında müharibə riskinin getdikcə artdığını bildirib. O, “Pink” televiziyasına müsahibəsində Serbiyanın “çətin vəziyyətdə” olduğunu qeyd edərək, ordunun gücləndirilməsinin vacibliyini vurğulayıb:
“Biz ağıllı şəkildə silahlanmalı və ölkəmizin müdafiəsinə ciddi sərmayə qoymalıyıq,” – deyə Vuçiç bildirib.
Vuçiç bu fikirləri Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Fabien Mandonun “Fransa ordusu 3-4 il ərzində Rusiya ilə mümkün müharibəyə hazır olmalıdır” bəyanatını şərh edərkən söyləyib.
Qeyd edək ki, son günlər Qərb ölkələrindən də oxşar xəbərdarlıqlar səslənir — Britaniya “hibrid müharibə” çərçivəsində qoşunlarını Avropada yerləşdirib, Kanada isə münaqişənin Ukraynadan kənara yayılma risklərinin artdığını bildirib.
R.İmanov






